EN

Bakıda kassir işlədiyi xəstəxananın pulunu OĞURLADI

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
18
bizim.media

10Sources