EN

Kaya Kallas Azərbaycana səfər edəcək



Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Report" Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir.

Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək.

Səfər çərçivəsində K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Digər təfərrüatlar açıqlanmayıb.
Chosen
31
11
newscenter.az

10Sources