Avropa İttifaqının yüksək vəzifəli rəsmisi Kaya Kallas Ermənistandan sonra Azərbaycana səfər edərək Prezident İlham Əliyev və XİN başçısı Ceyhun Bayramovla görüşəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Bildirilib ki, Kaja Kallas hazırda İrəvan şəhərində keçirilən Avropa Siyasi Birliyinin iclasında iştirak edir.
Qeyd olunub ki, o, daha sonra Azərbaycana səfər edəcək və burada bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək. Səfər çərçivəsində onun İlham Əliyev tərəfindən qəbul olunacağı gözlənilir.
Eyni zamanda Kallasın Ceyhun Bayramov ilə də görüşü planlaşdırılır. /Modern.az/