EN

Ağacların köçürülməsi ilə bağlı qaydalar dəyişir

BAKI, 4 may. TELEQRAF

Yaşıllıqların götürülməsi (ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirlər qaydası müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu günki iclasında müzakirəyə çıxarılıb.

Beləliklə, yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir:

Ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.

Eyni zamanda bu hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağan edilir.

Həmçinin digər amillərdə göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir.

Chosen
18
teleqraf.com

1Sources