
Pakistanın xarici işlər naziri İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədəPakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı nazirlər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb və regionda sülhün bərqərar olması səylərini müzakirə ediblər.
Məlumata görə, Əraqçı İslamabadın vasitəçilik səylərini və İranla ABŞ arasında danışıqlar prosesindəki konstruktiv rolunu yüksək qiymətləndirib.
Daşqın HəsənovMissiya.Az