EN

ABŞ gəmilərinə bu halda hücum edəcəyik - General Abdullahi

"Əgər Amerika gəmiləri Hörmüz boğazına istiqamət alarsa, onlar hücum ddəcəyik".

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının komandiri general-mayor Əli Abdullahi bildirib.

"Dəfələrlə bildirmişik ki, Hörmüz boğazının təhlükəsizliyi İran silahlı qüvvələrinin ixtiyarındadır, istənilən vəziyyətdə istənilən təhlükəsiz keçid naviqasiya silahlı qüvvələrimizlə əlaqələndiriləcək", - deyə o vurğulayıb.

General Abdullahi qeyd edib: "ABŞ ordusu, eləcə də müttəfiqləri başa düşməlidirlər ki, İslam Respublikasının silahlı qüvvələri indiyə qədər İrana qarşı istənilən təhdidə cavab verəcək. Hörmüz boğazının təhlükəsizliyini bütün gücümüzlə qoruyub saxlayacaq və idarə edəcəyik. Bütün ticarət gəmiləri və tankerlərə Hörmüz boğazında yerləşən silahlı qüvvələrlə əlaqələndirilmə olmadan  tranzit üçün hər hansı bir hərəkətdən çəkindiriri. Hər hansı bir xarici silahlı qüvvə, xüsusən də təcavüzkar Amerika ordusunun gəmiləri Hörmüz boğazına yaxınlaşmaq və girmək niyyətində olduqda hücuma məruz qalacaq".


Telegram kanalımız
Chosen
20
2
yenisabah.az

3Sources