EN

"Təhsilə yaxın, təhlükədən uzaq" layihəsinə start verildi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsinin başlanmasına start verdi. Layihənin müddəti 01.05.2026 – 31.07.2026-cı il tarixədəkdir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsəditəhsildən yayındırılaraq məcburi əməyə (kənd təsərrüfatı, heyvandarlıq sahaləri, tikinti, kafe və restoranlarda, küçə ticarətində və s.) və dilənçiliyəməcbur edilmiş (ailələri və ya digər şəxlər tərəfindən) uşaqların aşkarılanması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla və ailələri ilə fərdi profilaktik işin aparılması,uşaq istismarın uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına, psixisosial inkişafına məhvedici təsir göstərməsi ilə bağlıməlimatlılığının artırılması, zərərçəkmiş şəxslərə hüquqi, psixoloji yardım göstərməsi və həmçininçətin həyat şəraitində olan ailələrə hüquqi yardım göstərməklə onların sosial xidmətlərə əlçatanlığını təmin etməkdən ibarətdir.

İnsan alverindən zərərçəkmiş şəxslər və potensial qurbanlar reabilitasiya prosesinə qoşulmaq üçün+994 055 481 49 66nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Chosen
5
3
turkustan.az

4Sources