EN

Məşhur reper parik taxdı Onu heç kim tanımadı

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Məşhur amerikalı repçi Flo Ridanı Moskvada heç kim tanımayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Özünü fotoqraf kimi təqdim etdi

Konsertdən əvvəl 46 yaşlı sənətçi parik taxaraq özünü fotoqraf kimi qələmə verib və pərəstişkarlarının arasına qarışıb. O, bəzi fanatlarına özünü təqdim etsə də, repçiyə kimsə inanmayıb.

İzdihamın içindən reperin sözlərinə "Çox gülməlidir", – deyə cavab verilib. Bundan sonra sənətçi parikini çıxarıb və yalnız o zaman fanatlar onu tanıya biliblər.

Kürü və konyakla qarşılanma

Qeyd edək ki, Flo Rida Rusiyada ilk dəfə tur ilə çıxış etmək üçün mayın 2-də şəxsi təyyarəsi ilə Moskvaya gəlib. Meksikanın Kankun şəhərindən başlayan və İstanbulda transferlə davam edən uçuş 15 saat çəkib.

Vnukovo hava limanında sənətçini kürü, konyak və "Borodino" çörəyi ilə qarşılayıblar. Repçi bu cür qarşılanmadan yaxşı mənada şoka düşüb.

Xatırladaq ki, əslində, turun martın 8-də keçirilməsi planlaşdırılırdı, lakin repçi Yaxın Şərqdəki münaqişə ilə əlaqədar onu təxirə salmışdı. Flo Ridanın Rusiyada baş tutacaq konsertləri barədə hələ 2025-ci ilin dekabrında məlumat verilmişdi.

İlon Mask “XChat” messencerini təqdim etdi

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
kulis.az

2Sources