EN

"Təhsilə yaxın, təhlükədən uzaq" layihəsinə start verildi

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Təhsilə yaxın, təhlükədən uzaq” layihəsinin başlanmasına start verdi. Layihənin müddəti 01.05.2026 – 31.07.2026-cı il tarixədəkdir.

"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi  təhsildən yayındırılaraq məcburi əməyə (kənd təsərrüfatı, heyvandarlıq sahaləri, tikinti, kafe və restoranlarda, küçə ticarətində və s.) və dilənçiliyə  məcbur edilmiş (ailələri və ya digər şəxlər tərəfindən) uşaqların aşkarılanması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla və ailələri ilə fərdi profilaktik işin aparılması,uşaq istismarın uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına, psixisosial inkişafına məhvedici təsir göstərməsi ilə bağlı  məlimatlılığının artırılması, zərərçəkmiş şəxslərə hüquqi, psixoloji yardım göstərməsi və həmçinin  çətin həyat şəraitində olan ailələrə hüquqi yardım göstərməklə onların sosial xidmətlərə əlçatanlığını təmin etməkdən ibarətdir.

İnsan alverindən zərərçəkmiş şəxslər və potensial qurbanlar reabilitasiya prosesinə qoşulmaq üçün  +994 055 481 49 66  nömrəsi ilə əlaqə saxlaya bilərlər.

"Cebheinfo.az"

Chosen
26
3
cebheinfo.az

4Sources