EN

Tünzalə Abduləlimova Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin qonağı olub

Bu gün “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin qonağı oldu.

QHT.az xəbər verir ki, Tünzalə Abduləlimova görüş zamanı Ramin Məmmədlini yenidən kəşf etdiyini bildirib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq Folklor, Rəqs və Yaradıcılıq Festivalı ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Müzakirələr çərçivəsində festivalın milli-mənəvi dəyərlərimizin təbliğində rolu, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılmasındakı əhəmiyyəti xüsusi vurğulandı. Eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və qayğının vacibliyi, onların ictimai həyatda fəal iştirakının önəmi qeyd edildi.

Görüş səmimi və konstruktiv şəraitdə keçdi, gələcək əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparıldı.

Fatimə Nəbiyeva

Chosen
15
qht.az

1Sources