BAKI, 4 may. TELEQRAF
“Hörmüz boğazının təhlükəsizliyini bütün gücümüzlə qoruyacağıq və onu qətiyyətlə idarə edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.
“Bütün ticarət gəmilərinə və tankerlərə bildiririk ki, zərər görməmək üçün Hörmüz boğazında yerləşdirilmiş İran Silahlı Qüvvələri ilə koordinasiya olmadan keçid etməsinlər. İstənilən xarici hərbi qüvvə, xüsusilə ABŞ ordusu boğaza yaxınlaşmaq və ya daxil olmaq niyyətində olarsa, ağır zərbələrə məruz qalacaq”, - SEPAH-ın Baş Qərargah rəisi bildirib.