Növbəti mövsümdən İtaliya A seriyasında oynayacaq ilk komanda müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Venetsiya” azarkeşlərini erkən sevindirib. Komanda buna B seriyasının 37-ci turunda səfərdə “Spetsiya” ilə heç-heçə (1:1) etməklə nail olub.
“Venetsiya” müntəzəm çemionatın sonuna bir tur qalmış 3-cü yerdəki “Montsa”nı 4 xal qabaqlayıb və yüksək liqaya vəsiqəni təmin edib.
Xatırladaq ki, “Venetsiya” sonuncu dəfə A seriyasında 2024/25 mövsümündə yarışıb və 19-cu yeri tutaraq B seriyasına düşüb.