Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirilən İran gəmisi M/V Touska ekipajı ilə birlikdə İrana qaytarılması üçün Pakistana təhvil verilib.Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM sözçüsü ABC News-a açıqlamasında bildirib.Məlumata görə, ABŞ qüvvələri gəminin 22 ekipaj üzvünü Pakistana təhvil verib. Digər 6 ekipaj üzvü isə ötən həftə “regional ölkə”yə verilib.CENTCOM əlavə edib ki, ötən ay ələ keçirilən gəminin saxlanması prosesi başa çatdırılır və gəmi əvvəlki sahibinə qaytarılır.
Qeyd olunur ki, M/V Touska ABŞ qüvvələri tərəfindən dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxlanılmışdı.
Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.