EN

Formula 1 də bolidlərdən daha güclü səs çıxacaq: Yeni mühərriklər tətbiq ediləcək

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Formula-1" yaxın illərdə daha sadə, daha səsli və daha anlaşılan V8 mühərriklərinə qayıda bilər".

Avtosfer.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayen deyib.

Onun sözlərinə görə, bu proses qaçılmazdır və yalnız zaman məsələsidir.

Hazırkı qaydalara əsasən, 2026-cı ildən etibarən "Formula-1"də 1.6 litrlik V6 turbohibrid mühərriklərdən istifadə olunur. Bu güc qurğularında enerji təxminən bərabər şəkildə daxili yanma mühərriki ilə elektrik mühərriki arasında bölünür. Lakin bir çox sürücü enerji bərpası sistemlərinin idarə edilməsinin mürəkkəbliyindən şikayət edir.

FIA prezidenti qeyd edib ki, V8 mühərriklərinə qayıdış daha güclü səs, daha az mürəkkəblik və daha yüngül konstruksiya ilə müşayiət oluna bilər. Bununla belə, o vurğulayıb ki, yeni mühərriklərdə minimal səviyyədə də olsa elektrikləşmə saxlanılacaq.

Bildirilir ki, 2030-cu ilə qədər V8 mühərriklərinə keçid üçün güc qurğuları istehsalçılarından altı şirkətdən ən azı dördünün razılığı tələb olunur. Əgər bu konsensus əldə olunmasa, federasiya 2031-ci ildən etibarən texniki reqlamenti birtərəfli qaydada dəyişdirmək hüququndan istifadə edə bilər.

Qeyd edək ki, V8 mühərrikləri "Formula-1"də 2006-2013-cü illərdə istifadə olunub və həmin dövrdə yüksək səs tonu ilə seçilib. Daha sonra isə onlar daha azsəsli 1.6 litrlik turbohibrid V6 mühərriklərlə əvəz edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources