EN

Türkiyənin xüsusi nümayəndəsi “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç beynəlxalq “İrəvan dialoqu – 2026” konfransında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat beynəlxalq konfransın proqramında yer alıb.

Proqrama əsasən, Serdar Kılıç mayın 5-də “Cənubi Qafqaz dönüş nöqtəsində: sülh və əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirəsində çıxış edəcək.

Müzakirədə Türkiyənin xüsusi nümayəndəsi ilə yanaşı, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, həmçinin Azərbaycanı təmsil edən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov spiker qismində iştirak edəcəklər.

Bizim.Media
 

Chosen
45
1
bizim.media

2Sources