EN

Mehriban Əliyeva və Alina Kabaeva Avropa kuboku yarışlarını izləyiblər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri, Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva mayın 3-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa kubokunu izləyiblər.

 

Senzor.az xatırladır ki, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda idmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar da çıxış edirlər.










Chosen
23
senzor.az

1Sources