Bakının bəzi yollarında sıxlıq müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;3. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.