EN

Bu qidaları hər gün yesəniz...

Diyetoloq Lyudmila Mikityuk bildirir ki, bəzi qidaların hər gün qəbul edilməsi sağlamlıq üçün uyğun deyil.

Tuna balığı gündəlik yeyilməməlidir, çünki dənizlərin çirklənməsi səbəbindən orqanizmə civə yığa bilər. Qırmızı ət (mal, dana və s.) həzm üçün daha ağırdır və bədəndə parçalanması uzun çəkir. Buna görə həftədə 2–3 dəfədən artıq tövsiyə olunmur. Portağal hər gün istehlak üçün ideal deyil, çünki allergiya yarada, mədənin turşuluğunu artıraraq diş və mədə problemlərinə səbəb ola bilər. Xüsusilə qastrit və xora xəstələri üçün risklidir.

Kələm isə bəzi hallarda qalxanabənzər vəzin hormon balansına mənfi təsir göstərə bilər, buna görə gündəlik istifadəsi məsləhət deyil.

Ümumi nəticə ondan ibarətdir ki, hətta faydalı hesab olunan qidalar da düzgün miqdarda və balanslı şəkildə qəbul edilməlidir.//Demokrat.az

Chosen
37
musavat.com

1Sources