EN

İranın sülh planı ilə bağlı YENİ DETALLAR

İranın vasitəçilər vasitəsilə ABŞ-a təqdim etdiyi təkliflərə uranın zənginləşdirilməsi proqramının 15 il müddətinə dayandırılması ilə bağlı öhdəliklər daxil edilməyib.

Publika.az xəbər verir ki, buu barədə “Fars” agentliyi məlumat yayıb.

Vurğulanıb ki, plan həmçinin Tehran və Vaşinqton arasında nizamlanmaya dair yekun razılaşma əldə olunana qədər Hörmüz boğazının açılmasını nəzərdə tutmayıb.

Bundan əvvəl İran müharibənin nizamlanması üçün ABŞ-a 14 bənddən ibarət plan təqdim etmişdi. Tehranın əsas tələbləri arasında sanksiyaların ləğvi və aktivlərin dondurulmasının dayandırılması, təzminatların ödənilməsi, Amerika qoşunlarının çıxarılması və hücum etməməyə dair zəmanətlərin verilməsi yer alırdı.

Chosen
65
publika.az

1Sources