EN

Tez-tələsik aldıqları gənc vingeri icarəyə vermək qərarına gəldilər - “Real”

“Real”ın vingeri Franko Mastantuono yay transfer dövründə komandanı tərk edə bilər.

“Kral klubu” ötən yay argentinalı futbolçunu “River Pleyt”dən tələsik transfer etmişdi.

Buna səbəb isə futbolçunun PSJ tərəfindən “oğurlanması” ehtimalı idi.

Sportinfo.az “Diario AS”-a istinadən xəbər verir ki, hazırda Madrid təmsilçisində Mastantuono üçün heyətdə yer olmadığı qənaətinə gəlinib.

Bu səbəbdən, onun icarəyə göndərilməsi variantı getdikcə daha real görünür.

18 yaşlı futbolçu cari mövsümdə “Real”ın heyətində 30 oyuna çıxıb. O, bu qarşılaşmalarda 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.

Chosen
51
sportinfo.az

1Sources