Bakı, 4 may, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV turun daha 3 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Görüş "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mançester təmsilçisinin heyətində qolları Mateus Çunya, Benjamin Şeşko və Kobbi Meyno vurublar. Qonaqlardan isə Dominik Soboslai və Kodi Qakpo fərqləniblər.
Digər matçlarda "Tottenham" "Aston Villa" səfərində 2:1 hesablı vacib qələbə qazanıb, "Bornmut" isə "Kristal Pelas"ı 3 cavabsız qolla üstələyib.
Bu nəticələrdən sonra turnir cədvəlində "Mançester Yunayted" 64 xalla 3-cü, "Liverpul" 58 xalla 4-cü, eyni xala malik "Aston Villa" 5-ci, "Bornmut" 52 xalla 6-cı, "Kristal Pelas" 43 xalla 15-ci, "Tottenhem" isə 37 xalla 17-cidir.