EN

İtkin düşmüş şəxsin qalıqları timsahın mədəsində tapıldı

İtkin düşmüş iş adamının axtarışı zamanı Cənubi Afrikanın şərqində polis tərəfindən tutulan 500 kiloqramlıq timsahın mədəsində insan bədən hissələri tapılıb.

Ucnoqta.az bildirir ki, bu barədə yerli xəbər agentliyi News 24 məlumat verib.

Şahidlərin sözlərinə görə, heyvan Timsah çayının sahilində 59 yaşlı otel sahibi Qabriel Batista leysan yağış zamanı suya düşən körpünün yaxınlığında aşkar edilib.
4,5 metr uzunluğundakı timsah daha sonra helikopterlə yaxınlıqdakı Kruger Milli Parkına aparılıb və mütəxəssislərin meyit müayinəsi aparılıb.

Yırtıcının mədəsindən iki insan qolu və qabırğa qəfəsinin bir hissəsi çıxarılıb. Mədədə altı ayaqqabı və bir cüt çimərlik tərlikləri də tapılıb. Polis hazırda mərhumun şəxsiyyətini müəyyən etmək üçün insan qalıqlarını yoxlayır.

Statista məlumat toplama xidmətinin məlumatına görə, Afrikada hər il 800-ə qədər insan timsahlar tərəfindən öldürülür. Ən çox hadisə Zambiya, Zimbabve və Mozambikdə qeydə alınıb.

Chosen
53
ucnoqta.az

1Sources