EN

Azərbaycanda meyxana ilə bağlı CƏZA

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəhərin mərkəzi, insanların çoxluq təşkil etdiyi küçələrdə demək olar ki, hər gün yüksək səslə avtomobil idarə edən şəxslərə şahidlik edirik.İnzibati Xətalar Məcəlləsinin 521 – “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bildirib ki, bu ictimai asayişin pozulması kimi qiymətləndirilir:“Əlbəttə, bu cür musiqilərin yüksək səslə verilməsi səs terroru kimi bir şeydir. Bir də görürsən ki, insanların kütləvi yığışdığı yerdə maşında böyük səslə meyxana, yaxud rok musiqisi səsləndirirək onların rahatlığını pozurlar. Onda bu cərimələrdən söhbət gedə bilir. Amma normalda kimsə ucadan normal mahnı dinləyirsə, bunun cəriməsi nəzərdə tutula bilməz”./Bizim.Media/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
bakivaxti.az

1Sources