EN

Berlin Vaşinqtonun rüsum qərarına Aİ ilə birgə cavab verəcək

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniya İqtisadiyyat Nazirliyi ABŞ-nin avtomobil idxalına rüsumları artırmaq qərarına qarşı cavab tədbirlərini Avropa İttifaqı ilə koordinasiya edəcəyini açıqlayıb.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, qurum ABŞ Prezidenti Donald Trampın avtomobillərə idxal rüsumlarının artırılması ilə bağlı açıqlamasını nəzərə alıb və hazırda Vaşinqtonla danışıqlar aparan Avropa Komissiyası ilə sıx təmasdadır.

“Biz növbəti addımlarımızı Avropa İttifaqı daxilində sıx şəkildə koordinasiya edəcəyik”, – deyə nazirliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, Donald Tramp mayın 1-də ABŞ-nin növbəti həftədən etibarən avtomobil idxalına tətbiq olunan rüsumları artıracağını bəyan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
avtosfer.az

1Sources