EN

“Mən rekordlar üçün oynamıram, özüm və komandam üçün oynayıram”

Dördqat “Böyük Dəbilqə” qalibi, dünya reytinqinin birinci raketkası italiyalı tennisçi Yannik Sinner ardıcıl qazandığı “Masters” turnirlərindəki rekordunu şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli tennisçi bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Təbii ki, bu, çox böyük məna daşıyır. Amma həmişə demişəm ki, özümü Rafael, Rojer və Novakla müqayisə edə bilmərəm. Onların etdikləri inanılmazdır. Mən rekordlar üçün oynamıram, ümumiyyətlə rekordlar üçün oynamıram. Özüm, komandam və ailəm üçün oynayıram. Çünki onlar bu uğurların arxasında nələrin dayandığını yaxşı bilirlər. Ailəm isə uğurlarıma baxmayaraq heç vaxt mənə münasibətini dəyişməyib. Onlar sadə valideynlərdir və onların yanında özümü çox rahat hiss edirəm.

Evdə biz heç vaxt tennisdən danışmırıq. Münasibətimiz çox yaxşıdır. Bu, sadəcə mən və valideynlərimdən ibarətdir. Əlbəttə, bu nəticələr çox şey deməkdir. Amma bunun arxasında böyük zəhmət, intizam və fədakarlıq dayanır. Gündəlik qaydalarım var, səhərlər erkən oyanmalı oluram. Prosesin özü mənə xoşdur. Özüm üçün ən yaxşı şəraiti yaratmağı sevirəm ki, ən yaxşı versiyam ola bilim. Amma mən rekordlar üçün oynamıram. Keçmişdə digər oyunçuların, xüsusilə Novakın etdiyi şeylər inanılmazdır və özümü onlarla müqayisə etmirəm”

Sinner Madrid turnirinin qalibi olub. Bu, onun bu kateqoriyadan olan yarışlarda ardıcıl beşinci titulu olub. O, seriyasında dörd qələbəsi olan serbiyalı Novak Cokoviç və ispaniyalı Rafael Nadalın rekordunu geridə qoyub.

Chosen
36
90deqiqe.az

1Sources