EN

Tramp İranı vurdu, Rusiya milyardlar qazandı - Kreml yenə narahatdır...



Yaxın Şərqdəki xaos səbəbindən neft qiymətlərinin artması Rusiya büdcəsinə milyardlarla rubl əlavə gəlir gətirib.

Rusiyanın maliyyə naziri Anton Siluanov neft qiymətlərinin artmasının Rusiya iqtisadiyyatına əhəmiyyətli töhfə verdiyini açıqlayıb. Son zamanlar enerji gəlirlərində əhəmiyyətli bir artım olduğunu deyən Siluanov, bunun nəticəsində büdcəyə təxminən 200 milyard rubl (təxminən 2,7 milyard dollar) əlavə vəsait daxil olduğunu bildirib.

Siluanov son iki ayın iqtisadi məlumatlarının balanslaşdırılmış mənzərə ortaya qoyduğunuvurğulayaraq, büdcə kəsirinin və gəlirlərin əsasən paralel olduğunu qeyd edib. Bu vəziyyət, hökumətin maliyyə intizamı baxımından əlini gücləndirməsi kimi dəyərləndirilir.

Kremldən də enerji bazarları ilə bağlı açıqlamalar gəlib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, qlobal neft qiymətlərinin artmasına baxmayaraq, Ukrayna Rusiyanın enerji infrastrukturunu hədəf almağa davam edir. Hazırda qlobal enerji bazarında böhranın yaşandığını bildirən Peskov, Rusiyanın neft tədarükündə hər hansı potensial azalma qiymətləri daha da yüksəldə biləcəyini deyib.

Bu arada, Yaxın Şərqdəki hadisələr enerji bazarlarına təsir göstərməyə davam edir. İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazının bağlandığını elan etməsindən sonra neft qiymətləri kəskin şəkildə arıb. Bu hadisələr qlobal təchizatla bağlı narahatlıqları artıraraq, qiymətlərin bir barel üçün 120 dollara qalxmasına səbəb olub.

Digər tərəfdən, son vaxtlar Ukraynanın Rusiyanın neft obyektlərinə hücumlarını artırması enerji təhlükəsizliyi müzakirələrini yenidən ön plana çıxarıb. Ekspertlər qeyd edirlər ki, həm geosiyasi risklər, həm də təchizat məhdudiyyətləri neft bazarında dalğalanmaların uzun müddət davam etməsinə səbəb ola bilər.

Tahir TAĞIYEV

Chosen
75
50
baki-xeber.com

10Sources