
Türkiyənin Malatya vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.
Missiya.Az APA-ya xəbər verir ki, bu gün axşam saatlarında Malatyanın Doğanşehir rayonunda sərnişin avtobusu yolun kənarında xəndəyə aşıb.