Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun Ermənistana niyə gəlmədiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Makron bununla bağlı NEWS.am-ın sualını cavablandırıb.
“Bricit başqa öhdəliklərinə görə Parisdə qalıb. Lakin o, üzrxahlığını çatdırır. O, Ermənistan haqqında çox düşünür və mənən bizimlədir”, - deyə Fransa Prezidenti bildirib.
Qeyd edək ki, Emmanuel Makron 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək və strateji tərəfdaşlıqla bağlı danışıqlar aparmaq üçün İrəvana üçgünlük dövlət səfərinə gəlib.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Makronun İrəvana həyat yoldaşı Bricit Makronla birlikdə gələcəyini bildirmişdi.
Sıx qrafikə baxmayaraq, Fransa lideri İrəvanın mərkəzində gəzintiyə çıxıb, şəhər sakinləri ilə qeyri-rəsmi söhbət edib və şəkil çəkdirib.
Bizim.Media