EN

Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izlədi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 3-də Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunu izləyib.

90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə qatılıb. Tədbiri həmçinin Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva da izləyənlər arasında olub.

Bakıdakı turnirdə gimnastlar qrup və fərdi proqramlar üzrə bacarıqlarını nümayiş etdirirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, ümumilikdə 30 ölkədən idmançılar, eləcə də neytral statusda çıxış edən iştirakçılar mübarizə aparırlar.

Chosen
45
39
90deqiqe.az

10Sources