EN

İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb

İsveç Sahil Mühafizəsi Baltik dənizində Rusiyanın "kölgə donanması"na aid tankeri saxlayıb.Bu barədə "Reuters" məlumat yayıb.

Söhbət Suriya bayrağı altında üzən Jin Hui gəmisindən gedir. Tanker Trelleborqun cənubundakı İsveç ərazi sularında saxlanılıb. Sahil mühafizəsi və polis əməkdaşları gəmiyə minib və dənizçilik qaydalarına mümkün uyğunsuzluqla bağlı ilkin araşdırmaya başlayıblar.

Qeyd olunub ki, səlahiyyətlilər gəminin bayrağının orijinallığından şübhələnirlər. Agentlik bildirib ki, bayrağın statusu ilə bağlı müəyyən edilmiş uyğunsuzluqlar tankerin beynəlxalq qaydalara və dəniz təhlükəsizliyi ilə bağlı müqavilələrə uyğun gəlmədiyini göstərə bilər.

Gəminin təyinat yeri hələ də məlum deyil.

Məlumata görə, tanker heç bir yük daşımırmış. Eyni zamanda, gəmi Avropa Birliyi və Böyük Britaniyanın məhdudiyyətləri də daxil olmaqla bir sıra sanksiya siyahılarında yer alır.

İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin də bildirib ki, ehtimal ki, saxlanılan gəmi Rusiyanın "kölgə donanması"na aiddir.

Chosen
36
4
anews.az

10Sources