EN

Premyerliqa: “Mançester Yunayted” “Liverpul” matçında beş qol YENİLƏNİB + VİDEO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada “Mançester Yunayted” öz meydanında “Liverpul”u qəbul edib. “Old Trafford” stadionunda baş tutan və gərgin keçən mübarizə meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın altıncı dəqiqəsində Mateus Kunya hesabı açaraq mankunianlıları önə çıxarıb. 14-cü dəqiqədə isə Benyamin Şeşko meydan sahiblərinin ikinci qoluna imza atıb. İkinci hissənin əvvəlində qonaqlar geri dönüş etməyi bacarıblar. 47-ci dəqiqədə Dominik Soboslai fərqi azaldıb, 56-cı dəqiqədə isə Kodi Qakpo hesabı bərabərləşdirib. Lakin matçın 77-ci dəqiqəsində Kobbi Maynu “Mançester Yunayted”in qələbə qolunu rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran mankunianlılar turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar. Aktivində 58 xalı olan mersisaydlılar isə dördüncü yerdədirlər. Növbəti turda, 9 may tarixində “Mançester Yunayted” səfərdə “Sanderlend” ilə qarşılaşacaq. “Liverpul” isə həmin gün doğma meydanda “Çelsi”ni qəbul edəcək.

19:00

İngiltərə Premyerliqasının 35-ci turu çərçivəsində “Bornmut” öz meydanında “Kristal Palas”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib və onlar üç xal qazanmağı bacarıblar.

İdman.Biz xəbər verir ki, “Bornmut” matçın onuncu dəqiqəsində hesabı açıb. Bu epizodda rəqib oyunçu Hefferson Lermanın avtoqolu meydan sahiblərinə üstünlük qazandırıb. 32-ci dəqiqədə isə Eli Krupi fərqlənərək komandasının ikinci qoluna imza atıb. Görüşün yekun nəticəsini 77-ci dəqiqədə Devid Bruksun ötürməsindən sonra topu şəbəkəyə göndərən Rayan müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbədən sonra 52 xal toplayan “Bornmut” İngiltərə çempionatında altıncı pilləyə qalxıb. Hesabında 43 xal olan “Kristal Palas” isə 14-cü yerdə qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
8
icma.az

10Sources