EN

Xırdalanda yük avtomobili PROBLEMİ: "Təhlükəli vəziyyət yaranıb" - VİDEO

Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsində yolun həm sağ, həm də sol tərəfində iri yük avtomobilləri park edilib.

Bizim.Media xəbər verir ki, ərazidə yaşayanlar və buradan gedib-gələnlər vəziyyətdən narazıdır və Baku TV-yə bildirirlər ki, bu avtomobillər gediş-gəlişə mane olur.
 

"Bir neçə dəfə demişik, xahiş etmişik. Burada məktəb var, uşaqlar oynayır. Baxın, necə təhlükəli vəziyyət yaranıb. Gəlinimi burada maşın vurub. Hələ də heç kim bu məsələyə diqqət ayırmayıb", - sakinlərdən biri bildirib.


Baş Dövlət Yol Polisi İdarəsindən isə qeyd edilib ki, həmin ərazidə qaydaları pozan sürücülər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bizim.Media

Chosen
45
50
bizim.media

10Sources