EN

KİV: Pentaqon rəhbəri Tramp tərəfindən vəzifədən azad ediləcəyindən ehtiyat edir

BAKI, 3 may. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqset Prezident Donald Tramp tərəfindən vəzifədən uzaqlaşdırılacağından narahat olduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əvvəllər “Fox News” kanalında aparıcı kimi fəaliyyət göstərmiş Heqset hazırda Pentaqon daxilində getdikcə daha çox təcrid olunur və əsasən yaxın çevrəsi, o cümlədən ailə üzvləri ilə əhatələnib. Bildirilir ki, o, bəzən rəsmi görüşlərə həyat yoldaşı Cenniferi də özü ilə aparır.

Nəşr qeyd edir ki, Heqsetin narahatlığı son dövrdə yüksək vəzifəli hərbçilərin, o cümlədən nüfuzlu zabitlərin vəzifədən uzaqlaşdırılması ilə bağlıdır. Məqalədə vurğulanır ki, istefalar dalğasından sonra Pentaqonun ali rəhbərliyi əvvəlki kimi sabit dayağa bənzəmir.

Həmçinin qeyd olunur ki, Tramp hakimiyyətə qayıtdıqdan sonra Heqset səbəbləri açıqlanmadan 24 general və yüksək rütbəli zabiti vəzifədən azad edib və ya istefaya göndərib.

Chosen
3
16
teleqraf.com

10Sources