EN

Aİ liderləri Ermənistana gəldilər

Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək məqsədilə Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsola Ermənistana gəliblər.

Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.

Bildirilib ki, Zvartnots beynəlxalq hava limanında onları Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.

Chosen
96
10
publika.az

10Sources