EN

“Fənərbaxça” Ahmet Çakarın iddialarına cavab verdi

“Fənərbaxça” son günlər yayılan iddialarla bağlı rəsmi mövqe açıqlayıb.

 

Apasport.az xəbər verir ki, klubun yaydığı məlumata görə, “Sky Sport”un YouTube kanalında Ahmet Çakar tərəfindən səsləndirilən fikirlər həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

“Fənərbaxça” bəyan edib ki, texniki heyətlə futbolçular arasında hər hansı qarşıdurma və ya insidentin baş verməsi ilə bağlı iddialar doğru deyil. Klub ictimaiyyəti bu cür məlumatlara inanmamağa çağırıb.

Eyni zamanda bildirilib ki, adıçəkilən açıqlamalarla bağlı hüquqi prosedurlara başlanılacaq.

Qeyd edək ki, Ahmet Çakar komanda daxilində müəyyən gərginlik və qarşıdurmaların yaşandığını iddia etsə də, İstanbul təmsilçisi bu fikirləri qəti şəkildə təkzib edib.

Acun Ilıcalının komandası pley-offda

Karvahal sıradan çıxdı

“Real”ın ən yaxşısı: ARDA GÜLER

Hulk “Atletiko”dan ayrılır

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

Chosen
1
6
apasport.az

10Sources