EN

Diyarbəkir təmsilçisi Türkiyə çempionatında oynayacaq

Türkiyənin 1-ci liqasında sonuncu turun oyunları keçirildi.

Xatırladaq ki, daha öncə ''Ərzurumspor'' superliqaya vəsiqəni təmin etmişdi. Elitada oynamağa haqq qazanan ikinci kollektiv də bəlli olub. ''Amed Sportif Fəaliyyətlər'' son turda ''İğdır'' ilə səfər oyunundan 3:3-lük bərabərliklə ayrılsa da, bu nəticə elitaya yüksəlmək üçün kifayət edib.

Əslində ''Erokspor'' evdə ''Pendikspor''u yensəydi, vəsiqə məhz onlara qismət olacaqdı. Amma bu qarşılaşmada 1:1-lik bərabərlik qeydə alındı. Beləliklə, ''Amed SF'' ilə ''Erokspor'' mövsümü eyni - 74 xalla başa vurdu. ''Amed SF'' şəxsi oyunlarda üstün olduğu üçün gümüş medallara sahib çıxıb. Bununla da Diyarbəkir şəhərini təmsil edən ''Amed SF'' tarixində ilk dəfə superliqada oynamağa haqq qazanıb!

Pley-offa gəlincə, 3-cü pilləni tutan ''Erokspor'' birbaşa finalda oynamağa haqq qazanıb. ''Dördlər turniri'' formatında keçiriləcək pley-offda isə ''Çorum'' ilə ''Keçiörəngücü'', ''Bodrum'' ilə ''Pendikspor'' qarşılaşacaq.

Daha sonra bu cütlərin qalibləri bir-biri ilə oynayacaq. Orda da qalib artıq ''Erokspor''la qarşılaşacaq və elitaya vəsiqə qazanan sonuncu klubun adı bəlli olacaq.

Chosen
4
50
football-plus.az

10Sources