EN

Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür

"Monqolustan Orta Dəhlizdə iştirakını genişləndirmək imkanlarını araşdırır".

Far.Az xəbər verir ki, bu barədə "Report"a Monqolustanın maliyyə nazirinin müavini Xulan Bat-Erdene Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik toplantısı çərçivəsində bildirib.

Onun sözlərinə görə, regional və ikitərəfli əməkdaşlıq həm kapital bazarlarının inkişafında, həm CAREC çərçivəsində, eləcə də daha geniş Asiya regionu və xüsusən Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsində əsas rol oynayır.

"Mənim fikrimcə, Monqolustan və Azərbaycan arasında əməkdaşlıq üçün əhəmiyyətli potensial var. Mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatı da xüsusən hər iki ölkənin iqtisadiyyatlarını şaxələndirmək səyləri nəzərə alınmaqla perspektivli sahə ola bilər", - o qeyd edib.

Nəqliyyat marşrutlarının inkişafından danışan X.Bat-Erdene vurğulayıb ki, Monqolustan Orta Dəhlizlə bağlı təşəbbüslər də daxil olmaqla, regional nəqliyyat və logistika təşəbbüslərində iştirakını genişləndirmək imkanlarını ardıcıl olaraq araşdırır.

"Biz nəqliyyat əlaqələrinin inkişafını ticarətin genişləndirilməsində, ixrac marşrutlarının şaxələndirilməsində və iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm amil kimi görürük. Praktik əməkdaşlığın dərinləşdirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yolu ilə ortaq problemlərin birgə həlli və istifadə olunmamış imkanların açılması üçün potensial mövcuddur", - nazir müavini əlavə edib.

Chosen
1
3
far.az

10Sources