EN

ABŞ də təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı xəbər verib.

"Amarillo" klubunun oyunçuları Nyu-Braunfelsdə keçirilən turnirə gedirmiş. Qəza Vimberleydə baş verib.

Mənbənin məlumatına görə, qəzadan bir müddət əvvəl hava nəqliyyatı dispetçeri təyyarənin qeyri-adi manevrlər etdiyini görüb və hava gəmisi sonra radardan itib.

Qeyd olunur ki, qəza zamanı ərazidə hava buludlu olub və sonra ildırım çaxıb.

Qəza nəticəsində pilot və dörd sərnişin də həlak olub. Faktla bağlı araşdırma başlanıb.

Komandanın getdiyi turnir ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
24
azpolitika.info

4Sources