EN

Hindistanda fil məbəddə bir nəfəri öldürdü - VİDEO

Hindistanda xeyir-dua mərasimi üçün məbədə gətirilən fil idarəetmədən çıxaraq faciəyə səbəb olub.

Bizim.Media xəbər verir ki, heyvan zəncirdən qoparaq ətrafdakıları dağıtmağa başlayıb və avtomobili yararsız hala salıb.

Hadisə nəticəsində 40 yaşlı kişi həyatını itirib. Daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fili yalnız sakitləşdirici iynə vurulduqdan sonra nəzarət altına almaq mümkün olub.




Bizim.Media

Chosen
61
bizim.media

1Sources