EN

25 min nəfər “Küləyə qalib gəl” dedi - "Bakı Marafonu 2026" start götürdü

“Küləyə qalib gəl” şüarı ilə təşkil olunan "Bakı Marafonu 2026" maraq bu il də rekord həddə çatıb.

90deqiqe.Az xəbər verir ki, sayca doqquzuncu dəfə keçirilən yarış üçün ümumilikdə 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən idmançılar da mübarizəyə qoşulublar.

Bu ilki marafon əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, yarış ilk dəfə olaraq 42 kilometrlik tam marafon məsafəsində təşkil edilir.

Yarışa Dövlət Bayrağı Meydanı ərazisindən start verilib. İştirakçılar paytaxtın əsas küçə və prospektlərini əhatə edən marşrut üzrə hərəkət edərək finiş xəttini "Sea Breeze" ərazisində keçəcəklər.

Qeyd edək ki, Bakı Marafonu həm idmanın təbliği, həm də sağlam həyat tərzinin təşviqi baxımından regionun ən kütləvi idman tədbirlərindən biri hesab olunur.

Chosen
3
39
90deqiqe.az

10Sources