EN

Varlı olmaq istəyənlər hansı kitabları oxumalıdır?-13 kitab

Maliyyə azadlığına nail olmaq istəyənlər üçün düzgün bilik və yanaşma mühüm əhəmiyyət daşıyır.

Gənc yaşlarında maliyyə müstəqilliyi əldə etmiş maliyyə bloqeri Vinsent Çan sərvət toplamağa yanaşmasını dəyişən 13 kitabın siyahısını açıqlayıb.

Onun sözlərinə görə, 120-dən çox maliyyə və investisiya kitabı oxuduqdan sonra məhz bu əsərlər ona real nəticə verib və düşüncə tərzini dəyişib.

Siyahıda yer alan əsas kitablardan biri Tomas Stenlinin “The Millionaire Next Door” əsəridir. Bu kitabda sərvətin ölçülməsi üçün xüsusi model təqdim olunur. Modelə əsasən, insanın yaşı ilə illik gəliri vurularaq 10-a bölünür və nəticə onun ideal sərvət səviyyəsini göstərir. Bu yanaşma insanın maliyyə vəziyyətini real qiymətləndirməsinə kömək edir.

Digər mühüm kitab Morqan Hauselin “The Psychology of Money” əsəridir. Müəllif burada maliyyə uğurunun yalnız biliklə deyil, daha çox davranış və psixoloji yanaşma ilə bağlı olduğunu vurğulayır. İnsanların çoxu maliyyə qərarlarını məntiqlə deyil, emosiyalarla verir və bu da uzunmüddətli nəticələrə təsir edir.

Napoleon Hillin klassik əsəri “Think and Grow Rich” isə konkret məqsəd qoymağın və həmin məqsədə fokuslanmağın vacibliyini ön plana çıxarır. Müəllifə görə, uğur üçün əsas şərt aydın hədəf və pozitiv düşüncədir.

Daniel Pristlinin “Entrepreneur Revolution” kitabı isə uğurun yalnız çox işləməkdən deyil, düzgün və səmərəli işləməkdən keçdiyini izah edir. Bu yanaşma vaxtın effektiv idarə olunmasının əhəmiyyətini göstərir.

MJ DeMarkonun “Unscripted” kitabında ənənəvi maaşlı iş modelinin sərvət yaratmaq üçün məhdud imkanlar verdiyi qeyd olunur. Müəllif alternativ gəlir mənbələrinin yaradılmasının vacibliyini vurğulayır.

Kal Nyportun “So Good They Can’t Ignore You” əsərində isə xüsusi bacarıqların inkişaf etdirilməsi ilə insanın bazarda daha dəyərli hala gəlməsi və daha yüksək gəlir əldə etməsi izah olunur.

Bundan əlavə, “The Unfair Advantage”, “The Third Door”, “Essentialism”, “Hell Yeah or No”, “Someday Is Today”, “Start With Why” və “The Winner Effect” kimi kitablar da siyahıda yer alır. Bu əsərlərdə sərvət yaratmaq üçün fərqli yanaşmalar, düşüncə modelləri və praktiki üsullar təqdim olunur.

Müəllif vurğulayır ki, uğura aparan yol hər kəs üçün fərqli olsa da, düzgün düşüncə tərzi və maliyyə intizamı bu prosesdə həlledici rol oynayır. /Valyuta.az/

AzPost.az

Chosen
9
2
azpost.info

3Sources