EN

Matça doğru: “Şamaxı” və “Sabah”da ciddi itkilər 

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Bölgə təmsilçisində cəzalı Rikardo Apolinario, Oruc Məmmədovla yanaşı, zədəli Abdulla Rzayev, Ramiz Muradov və Davud Mənsumov meydana çıxa bilməyəcək.

“Sabah”da da görüş öncəsi ciddi itkilər var. Aleksey İsayev, Abdulla Xaybulayev və Akim Zedadka cəzalıdır. Pavel Şafranko isə zədəli olduğu üçün matçı buraxacaqlar.

Xatırladaq ki, qarşılaşma bu gün saat 16:00-da start götürəcək.

Chosen
1
13
idmanxeber.az

10Sources