EN

Çempionlar Liqasına vəsiqə qazanan 10 komanda bəlli oldu

Artıq 10 komanda 2026/2027 Çempionlar Liqası mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb. 

Fanat.Az xəbər verir ki, son belə iştirakçı şənbə günü azarkeşlərini "Levante" üzərində 5:1 hesablı qələbə ilə sevindirən "Vilyarreal" olub. 

Nəticədə "sarı sualtı qayığ"ın La Liqada ilk "dördlük"dən düşməyəcəyi dəqiqləşdi. 

Növbəti mövsüm ÇL-in Liqa mərhələsində iştirak edəcək 10 komandanın adına nəzər salaq: 

İngiltərə: "Arsenal", "Mançester Siti". 

İtaliya: "İnter". 

İspaniya: "Barselona", "​​​​Real Madrid", "Vilyarreal". 

Almaniya: "Bayern Münhen", "Borussiya Dortmund". 

Fransa: PSJ. 

Niderland: PSV. 

Əlavə edək ki, Çempionlar Liqasının cari yarımfinal oyunları 5 və 6 may tarixlərində keçiriləcək.
 

Chosen
2
fanat.az

1Sources