EN

Moskvada azarkeş rəzaləti: “Zenit” ilə oyunda qız döyülüb VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Rusiyanın paytaxtı Moskvada keçirilən MOİK və “Zenit” futbol komandaları arasında keçirilən matçında xoşagəlməz hadisə yaşanıb. Ordu klubunun azarkeşi qonaq komandanın vurduğu qola sevinən rəqib tərəfdara və onun bacısına qarşı təhqiramiz ifadələr işlədib.

İdman.Biz xəbər verir ki, hadisə qızın qardaşı “Zenit”in qolunu alqışlamaq üçün ayağa qalxdığı an baş verib. Boynunda MOİK şərfi olan şəxs qeyri-etik ifadələrlə onun əyləşməsini tələb edib. Tərəflər arasında yaranan mübahisə zamanı xuliqan azarkeş rəqib tərəfdarlarını və “Zenit”in futbolçularını irqçi ifadələrlə təhqir edib. Üstəlik, o, hadisəni telefona çəkən gənc qızın baş nahiyəsinə zərbə endirib.

İnsidenti törədən şəxs dərhal “VEB Arena”da saxlanılaraq polisə təhvil verilib. İntizamı pozan şəxsi on beş sutkalıq inzibati həbs və uzunmüddətli stadion qadağası gözləyir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
50
icma.az

10Sources