EN

Bakıda şimal qərb küləyi güclənib FAKTİKİ HAVA

ain.az bildirir, Moderator.az portalına istinadən.

Mayın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.

Düşən yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.

Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.

Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 27, Aran rayonlarında 24, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
50
moderator.az

10Sources