EN

Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Şimali Makedoniya 2026-cı ilin əvvəlindən bəri bu, Rusiya qazından iki dəfə baha olmasına baxmayaraqŞ müntəzəm olaraq Azərbaycan qazı alır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın Şimali Makedoniyadakı yeni səfiri Dmitri Zıkov TASS-a ilk müsahibəsində bildirib.

"2024-cü ilin noyabr ayında Azərbaycanın dövlət neft şirkəti SOCAR və Makedoniyanın dövlət enerji şirkəti ESM uzunmüddətli təbii qaz tədarükünü təmin edən enerji sektorunda əməkdaşlığı genişləndirmək üçün anlaşma memorandumu imzalayıblar. 2026-cı ilin əvvəlindən bəri Azərbaycan qazı Makedoniya bazarında müntəzəm olaraq var. Bu ilin ilk iki ayında onun fiziki tədarükdəki payı 32%, Rusiyanın payı isə 28% təşkil edib. Bundan əlavə, Azərbaycan qazı Rusiya qazının qiymətindən təxminən iki dəfə baha qiymətə alınır", - deyə o bildirib.

O, Azərbaycandan Şimali Makedoniyaya gedən qazın hazırda Trans-Anadolu və Trans-Adriatik Boru Kəmərləri (TANAP/TAP) vasitəsilə, daha sonra Yunanıstandan Bolqarıstan vasitəsilə Makedoniya bazarına axın etdiyini deyib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
2
cebheinfo.az

10Sources