EN

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avstriyada “HiPP” şirkətinin uşaq qidalarını siçan zəhəri ilə zəhərləməkdə şübhəli bilinən 39 yaşlı kişi saxlanılıb. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Şübhəli şəxs uşaq qidası alaraq bankalara siçan zəhəri əlavə edib və onları yenidən mağaza rəflərinə qoyub.Son bir ay ərzində Avstriya, Çexiya və Slovakiyada beş belə banka aşkarlanıb. Onların hamısının dibində qırmızı dairəli ağ etiket olub, qapaqlarında isə qoruyucu plomb olmayıb.

 

Altıncı bankanın hələ də tapılmadığı bildirilir. Ehtimala görə, həmin məhsul Avstriya ərazisindədir.

İstintaqın məlumatına əsasən, şübhəli şəxs bu yolla uşaq qidası istehsalçısını şantaj edərək kriptovalyuta ilə 2 milyon avro tələb edib.Zəhərlənmə faktından sonra istehsalçı şirkət məhsullarını mindən çox supermarketdən geri çağırmalı olub.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
27
bizim.media

9Sources