EN

Osimhenə "Real" və "Barselona"ya keçə bilər

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını Avropanın top-klublarından birində davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Diario SPORT” məlumat yayıb.

Nigeriyalı forvardın transferində Madrid “Real”ı maraqlıdır. Türkiyə klubu futbolçu üçün 150 milyon avro tələb edir. Bundan əlavə, Osimhenlə “Arsenal”, “Liverpul”, “Barselona” və “Yuventus” da yaxından maraqlanır.

Viktor Osimhen 2025-ci ildə 75 milyon avro qarşılığında “Napoli”dən “Qalatasaray”a transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Chosen
24
4
publika.az

10Sources