EN

İrandan ABŞ-yə 14 maddəlik sülh təklifi


İran Pakistan vasitəçisi vasitəsilə Amerikanın 9 maddəlik təklifinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, ABŞ sözügedən təklifində iki aylıq atəşkəs istəyib.
İran isə öz təklifində bütün məsələlərin 30 gün ərzində həll edilməli olduğunu və prosesin atəşkəsin uzadılmasına deyil, müharibənin özünə son qoyulmasına yönəlməli olduğunu vurğulayıb.
İranın 14 maddəlik təklifi hərbi təcavüzdən imtina zəmanətləri, ABŞ hərbi qüvvələrinin İran ətrafındakı ərazidən çıxarılması, dəniz blokadasının ləğvi, İran aktivlərinin dondurulmasının ləğvi, təzminatların ödənilməsi, sanksiyaların ləğvi və Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, eləcə də Hörmüz boğazında vəziyyətin tənzimlənməsi üçün yeni mexanizm və digər məsələləri əhatə edir.
Chosen
8
10
yeniavaz.com

10Sources