Marşal Adaları bayrağı altında üzən və göyərtəsində Hindistan yükü olan "MT Sarv Shakti" qaz tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən ANI məlumat yayıb.
"18-i Hindistan vətəndaşı olmaqla, göyərtəsindəki 20 ekipaj üzvü ilə 46 313 ton mayeləşdirilmiş təbii qazı (MTQ) daşıyan "MT Sarv Shakti" mayın 2-də Hörmüz boğazını keçib və onun mayın 13-də Vişakhapatnama çatacağı gözlənilir", - məlumatda deyilir.
Münaqişə müddətində bir sıra tankerlər Tehranın icazəsi olmadan boğazdan keçdiklərinə görə hücuma məruz qalıblar. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla, dost ölkələrə Hörmüz boğazından keçməyə icazə verib.
Daha əvvəl "Bloomberg" ən böyük MTQ tankeri olan "Sarv Shakti"nin Hörmüz boğazını keçməyə çalışdığı barədə məlumat verib. Sənədlərdə yükün alıcısı kimi "Indian Oil Corp." dövlət şirkəti göstərilib.
"Cebheinfo.az"